Müharibə izi

Dünyanın tanınmış fotoqraflarından olan Kenneth Jarecke-in Körfəz  müharibəsində yanmış İraq ordusunun əsgərinin şəkili müharibə mövzusunda çəkilmiş ən məşhur şəkillərdən biridir.

A-dead-Iraqi-soldier-1991-009
Kenneth Jarecke-in çəkdiyi yanaraq ölmüş İraq ordusunun əsgəri

Jarecke Körfəz müharibəsi zamanı bir yük maşınında yanaraq tanınmaz hala gəlmiş İraq əsgərini göstərir. Jarecke bildirib ” Səhər tezdən idi , bütün gecəni ayaqüstdə keçirtmişdik. Bir neçə saatdan sonra atəşkəs elan olunacağı gözlənilirdi. Nasiriyədən Bəsraya gedirdik və yolda bu görüntü ilə qaşılaşdıq. Amerika Ordusunun bir əsgəri ilə birlikdəydiç. Əsgər mənə “Ölülərin şəkillərini nədən çəkdiyini anlamıram” dedi. Nə deyəcəyimi bilmədim ağlıma ilk gələn isə bunlar oldu. Əgər mən bu şəkilləri çəkməsəm anam və digər insanlar müharibənin filmlərdəki kimi olduğunu inanmağa davam edəcəklər.

Bir şərh yazın